Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstana səfəri çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına 73 saylı tam orta məktəbdə olub. Nazir azərbaycandilli məktəbin “Son zəng” tədbirində iştirak edib.
“Az.shafaqna.com” xəbər verir ki, məktəbdə keçirilən görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.
Məktəbin direktoru Salman Pirməmmədov məktəbin fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonar şagirdlər qonaqları salamlayıblar.
E.Əmrullayev gürcü həmkarı ilə birgə məzunlarla söhbət edib, onları həyatlarında yeni mərhələyə qədəm qoymaları münasibətilə təbrik edib. Qonaqlar şagirdlərə təhsilə daha böyük maraq göstərmələrini tövsiyə edib.
Sonra son zəng çalınıb. Nazirlər Emin Əmrullayev və Giorgi Amilaxvari, səfir Faiq Quliyev şagirdləri son zəng münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Hər iki nazir və səfir məzunların köynəklərinə ürək sözlərini yazıb.
Azərbaycanın Tbilisidəki səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, həmçinin Azərbaycan Elm və Təhsil Nazirliyinin nümayəndələri də “Son zəng”də iştirak edib.


Azərbaycanın elm və təhsil naziri Gürcüstandakı soydaşlarımızın problemlərindən danışdı