Estoniyadan Rusiya və Belarus vətəndaşlarına yeni yaşayış icazəsi qərarı

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Estoniya hökuməti Rusiya və Belarus tələbələrinə, həkimlərinə və alimlərinə yeni yaşayış icazəsi üçün müraciət etməyə imkan verən sanksiya azadlığını təsdiqləyib.

Estoniya hökumətindən verilən açıqlamada bildirilir: “Rusiya və Belarus tələbələr, həkimlər və alimləri yeni yaşayış icazəsi üçün müraciət edə və ölkədə daha uzun müddət qala bilərlər.

Sanksiyalardan azadolma yalnız Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl (24 fevral 2022-ci il) Estoniyaya daxil olan və Estoniya dilini B2 səviyyəsində bilənlərə şamil edilir”.

Məlumatda dil tələbinin akademiklərə şamil edilməyəcəyi də paylaşılıb.

Bu məqaləni paylaş