Atılmış kilsə binası məscidə çevrildi

Britaniyanın Bləkbörn şəhərində istifadəsiz qalmış tarixi kilsə binası müsəlman icmasının zəhmətləri ilə məscidə çevrilib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, sözügedən tikili 1870-ci ildə inşa edilib.

150 yaşlı məbəd boş qalıb köhnələrək yararsız hala gəlmişdi. Bu səbəbdən də müsəlmanlar onun bərpasına çoxlu əmək sərf ediblər.

Müsəlman ibadətgahına “Təqva” adı verilib.

Məscid rəsmisi deyib ki, yeni dizaynda əvvəlki elementlərdən də saxlanılanlar olub və buna görə də buraya gələn hər kəs – həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar bununla bağlı öz təşəkkürlərini bildiriblər.

Biz bütün rayon sakinlərini dəyişikliyi öz gözləri ilə görmələri üçün (məscidə) dəvət etdik“, – deyə qeyd edilib.

Məsciddə eyni anda 180 müsəlman ibadət edə bilər. Ora iki mərtəbədən ibarətdir.

Həmçinin burada dəstəmazxana da təşkil edilib.

Bundan başqa, məscidin çölündə avtomobillər üçün park yeri də salınıb.

Bu məqaləni paylaş