Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Yəməndə aprel ayında baş verən daşqınlarda 31 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını, 3 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən yazılı açıqlamada Yəmənin bir çox şəhərində qısamüddətli leysan yağışların yağdığı bildirilib.
Açıqlamada leysan yağışların İbb şəhərindəki qayaların təhlükəli şəkildə dağılmasına səbəb olduğu qeyd olunub.
Yəməndə martın ortalarında başlayan yağışlı mövsüm minlərlə ailəyə mənfi təsir göstərib.
Bu məqaləni paylaş