ABŞ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) “vəziyyətin sabitliyini pozmağa“, məxsusən də Ermənistanı oradan çıxarmağa çalışır.
Az.shafaqna.com RBC-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“ABŞ vəziyyətin sabitliyini poza bilərlərmi” sualının cavabında deyib ki, “onlar bunu istəyirlər və aktiv şəkildə də bununla məşğul olurlar“.
“Onların ermənilərə gəlin bizə qoşulun, rusları öz ərazinizdən qovun, rus sərhədçiləri də (qovun), (Rusiya) hərbi bazasını yığışdırın, amerikalılar sizə təhlükəsizliyi təmin etməyə kömək edəcəklər kimi sözlər dediklərini bilirik”, – deyə o qeyd edib və əlavə edib ki, Rusiyanın əlində bununla bağlı müvafiq məlumatlar var.
Lavrov bunu “açıq-aşkar təxribat adlandırıb” və bunun “diplomatiya olmadığını” vurğulayıb.
Onun sözlərinə görə, hər kəsin “partiya xəttinə” riayət etməli olduğu NATO blokundan fərqli olaraq, KTMT-də bütün qərarlar ortaq məxrəc əsasında qəbul edilir, hər bir ölkənin bütün mühüm nüansları nəzərə alınır.
“Siz müsahibəyə “Qərb diplomatiyası haradadır?” sualını soruşmaqla başladınız. Bu diplomatiya daha yoxdur. Birbaşa ələalma (rüşvət) var“, – deyə o qeyd edib.