Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti R. T. Ərdoğan PKK ilə mübarizənin sonacan davam edəcəyini bildirib.
Ərdoğan sosial media hesabından etdiyi paylaşımda deyib: “Separatçı terror təşkilatı PKK və onun sərhədlərimizin daxilində və xaricində uzantılarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik və son terrorçu məhv edilənə qədər dayanmayacağıq”.
O Şırnak vilayətinin Bestler Dərələr bölgəsində PKK-ya qarşı əməliyyat zamanı baş verən qarşıdurmada şəhid olan 3 əsgərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Şəhid ailələrinə səbr diləyən Ərdoğan deyib: “Millətimizin başı sağ olsun. Separatçı terror təşkilatı PKK və onun sərhədlərimizin daxilində və xaricində olan qollarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik və son terrorçu məhv edilənə qədər dayanmayacağıq”.