Taxtadan nəhəng Quran nüsxəsi hazırlandı

Taylandın cənubunda müsəlman turistlərin diqqətini cəlb edən maraqlı abidə hazırlanıb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, mahir ustalar tərəfindən müqəddəs Qurani-Kərimin böyük bir nüsxəsi hazırlanaraq abidə qismində quraşdırılıb.

Bu əl işi Fitr bayramınadək düzəldilərək təhvil verilib.

Biz unikal, görkəmli bir şey hazırlamaq istəyirdik, ona görə də Quran nüsxəsi hazırlamaq qərarına gəldik. Biz onun ölçücə indiyədək gördüyümüz ən böyük kitab olmasını istəyirdik. Bu iş üçün mahir rəssamlar, dülgərlər və xəttatlıq ustadları tapdıq“, – deyə o qeyd edib.

Sözügedən sənət əsərinin hündürlüyü 3,4 metr, eni isə 5,4 metrdir. O, taxta sənətkarı Masaki Johma tərəfindən hazırlanıb. Xəttatlıq üzrə peşəkar olan Munirulhaq Maso isə müqəddəs ayələri taxta vərəqlərin üzərinə həkk edib.

Bruney, Malayziya, İndoneziya və Sinqapurdan qonaqlar gələrək taxtadan hazırlanmış nəhəng Qurani-Kərim nüsxəsinə tamaşa edirlər.

Abidənin ətrafında onun qorunması üçün pavilyonun da inşa edilməsi planlaşdırılır.

Bu məqaləni paylaş