Az.shafaqna.com-un Azərtac-a istinadən verdiyi xəbərə görə, Monteneqronun İsraildən 20 milyon avro dəyərində hərbi texnika alacağı bildirilir.
Məlumata əsasən, Monteneqro Müdafiə Nazirliyi İsrailin “Elbit Systems” müdafiə sənayesi şirkətindən 20 milyon avro dəyərində hərbi texnika alınacağını açıqlayıb. Müqavilə çərçivəsində Monteneqro hərbçilərinin “Elbit-IMI” akademiyasında təhsil almaları da nəzərdə tutulur.
Bu, Monteneqro və İsrail arasında müdafiə sahəsində imzalanmış üçüncü müqavilədir.
Bu məqaləni paylaş