Mərkəzi Asiyanın bəzi ölkələri öz üzərinə riskləri götürməyə hazır olmadıqlarını və Rusiyaya qarşı olan Qərb sanksiyalarına qoşula biləcəklərinə işarə edirlər.
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN başçısının müavini Mixail Qaluzin bildirib.
“Birtərəfli iqtisadi məhdudiyyətlərin qeyri-məqbulluğu və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bununla belə bir sıra Mərkəzi Asiya ölkələri öz üzərilərinə müvafiq riskləri götürmək istəmirlər, Qərbin məhdudlaşdırıcı tədbirlərinə riayət etməyə hazır olduqlarını sezdirirlər”, – deyə o qeyd edib.
Qaluzinin sözlərinə görə, “bu, qarşılıqlı öhdəliklərə, o cümlədən də KTMT, Aİİ və MDB ilə bağlı öhdəliklərə zidd getmədiyi halda” Rusiya heç kəsə hansı xarici siyas kursla hərəkət etməli olması barədə diktə etmir.
Rusiya diplomat deyib ki, Rusiya ilə olan əlaqələrin süni şəkildə məhv edilməsi “ikinci dərəcəli bədnam sanksiyaların” təsirindən daha ağır zərərlərə gətirib çıxara bilər.
“Biz əminik ki, Mərkəzi Asiya paytaxtlarında bunu yaxşı görürlər və anlayırlar”, – deyə o əlavə edib.
XİN rəsmisi vurğulayıb ki, rəsmi Moskva Mərkəzi Asiya ölkələri ilə strateji həmkarlıq münasibətlərinin müntəzəm möhkəmlədilməsinə köklənib.