Spiker: “Azərbaycan və Serbiya əlaqələri yüksək səviyyədədir”

“Heydər Əliyev güclü dövlət yaradıb və indi bu dövlət öz xalqının firavanlığı üçün əlindən gələni edir”.

“Az.shafaqna.com” xəbər verir ki, bunu Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç deyib.

O deyib ki, Heydər Əliyev Azərbaycan ictimai-siyasi həyatına, hüquq sisteminə bir çox yeniliklər gətirib.

Orliç qeyd edib ki, bu gün Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır və beynəlxalq platformalarda qarşılıqlı dəstək göstərirlər.

“Bu gün Azərbaycan və Serbiya arasındakı əlaqələr yüksək səviyyədə davam edir. Biz strateji tərəfdaşlarımızın inkişafına sevinirik”, – deyə o əlavə edib.

Bu məqaləni paylaş