Bakı-Ankara təyyarəsi Tbilisidə məcburi eniş edib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

“Az.shafaqna.com” xəbər verir ki, AZAL-dan verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib.

Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.

Bu məqaləni paylaş