Avropa Komissiyası: Çin iqtisadiyyatı 2023-cü ildə…

Çin 2023-cü ildə dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatı olacaq.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, buna Avropa Komissiyanın (AK) yaz iqtisadi proqnozu dəlalət edir.

Belə ki, cari ildə Çin ÜDM-si üçün 5,5%-lik artım gözlənilir.

Payız proqnozunun məlumatlarına əsasən, 2023-cü ildə 4,5% səviyyəli artım gözlənilirdi.

Bundan başqa, ABŞ iqtisadiyyatını 1,4%-lik artım gözləyir.

Avropa ölkələrində isə ÜDM-nin qlobal artımı ilə bağlı 3,1%-lik artım gözlənilir.

AK həmçinin 2023-cü il üçün Rusiya ÜDM-sinin dinamikası ilə bağlı proqnozunu da yaxşılaşdırıb: proqnoza əsasən, Rusiya iqtisadiyyatının düşüşü 2023-cü ildə 0,9% olacaq.

Bu məqaləni paylaş