İsrail qüvvələri Nablusda fələstinlini qətlə yetirdi

İsrail qüvvələri İordan çayının Qərb sahilində fələstinli kişini qətlə yetirib.

Az.shafaqna.com “Anadolu”-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən məlumat verilib.

Qeyd edilib ki, fələstinli kişi Nablus şəhərindən şərqdə güllələnərək qətlə yetirilib.

Şahidlərin sözlərinə görə, İsrail qüvvələri burada sakinlərə qarşı gözyaşardıcı qaz və odlu silahdan istifadə edib. Həmçinin azı 1 nəfər də yaralanıb.

Bu məqaləni paylaş