Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Az.shafaqna.com xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili mayın 15-16-da Azərbaycan Respublikasında rəsmi səfər edəcək.

Məlumata görə,  Gürcüstan parlamentinin sədri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

Şalva Papuaşvili Azərbaycan Respublikasının Milli Məclisinin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında da iştirak edəcək.

Bu məqaləni paylaş