Nepaldan olan alpinist Pasanq Dava 26-cı dəfə Everest dağına qalxıb.
Az.shafaqna.com “Kathmandu Post”-a istinadən xəbər verir ki, o, bununla da öz həmkarı Kami Ritanın rekordunu qırıb.
46 yaşlı Dava dağına zirvəsinə bu gün səhər saatlarında macar alpinistin müşayiəti ilə çatıb.
Xatırladaq ki, ötən il 53 yaşlı nepallı Rita dünyanın ən hündür dağının zirvəsini 26-cı dəfə fəth etməklə öz şəxsi rekordunu yeniləmişdi. O, bu mövsüm də zirvəyə qalxmaq istəyir.
Bu il yaz qalxması 3 nepallı bələdçinin itkin düşməsi səbəbilə gecikmə ilə başlayıb.
Qeyd edək ki, Everest (Comolunqma) – dünyanın ən hündür dağıdır. Onun rəsmi hündürlüyü 8848,86 metrdir.
Bu məqaləni paylaş