Gürcü deputat: Türkiyədəki seçkilər bizim üçün mühümdür, çünki…

Türkiyədəki seçkilərin Gürcüstan üçün böyük əhəmiyyəti var.

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının deputatı İrakli Samxaradze bəyan edib.

Türkiyədəki seçkilər bizim üçün də mühümdür, çünki Türkiyə bizim strateji həmkarımız və dostumuzdur“, – deyə o qeyd edib.

O, Türkiyə xalqına seçkilərin problemsiz şəkildə keçirilməsini və Gürcüstan-Türkiyə münasibətlərini möhkəmlədəcək nəticələrin əldə edilməsini arzu edib.

Bu məqaləni paylaş