“Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin finalı üzrə səsvermələrin nəticələri açıqlanıb.
“Az.shafaqna.com” xəbər verir ki, Azərbaycan münsifləri adından xalları İTV-də çalışan aparıcı Nərmin Salmanova təqdim edib.
Azərbaycanın verdiyi səslərin sıralaması isə belədir:
– 12 xal – İsrail
– 10 xal – İsveç
– 8 xal – Albaniya
– 7 xal – İspaniya
– 6 xal – İtaliya
– 5 xal – Avstraliya
– 4 xal – İsveçrə
– 3 xal – Finlandiya
– 2 xal – Ukrayna
– 1 xal – Estoniya
Xatırladaq ki, Ukrayna adından Liverpulda keçirilən yarışın finalında 26 ölkə birincilik uğrunda mübarizə aparıb.
Qeyd edək ki, müsabiqədə Azərbaycanı Tural və Turan Bağmanov əkiz qardaşları təmsil edirdi. Onlar “Tell me more” mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlər finala vəsiqə qazana bilməyib.