İsrailin Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Az.shafaqna.com-un verdiyi xəbərə görə, İsrailin mühasirə altındakı Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrailin Qəzza şəhərinin Nəsr məhəlləsindəki bir evi hədəf aldığı bildirilib. Açıqlamada, sözügedən hücumda 2 fələstinlinin öldüyü, 5 nəfərin yaralandığı qeyd olunub.

Beləliklə, İsrailin mayın 9-dan etibarən mühasirə altındakı Qəzza zolağına endirdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 31-ə yüksəlib.

Fələstin Sosial İnkişaf Nazirliyinin Qəzza üzrə sözçüsü Əzizə əl-Kahalut keçirdiyi mətbuat konfransında deyib: “Çərşənbə axşamı günündən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində 94 ailə zərər görüb”.

Bu məqaləni paylaş