Vergi sistemində süni intellektin tətbiqi müzakirə edilir

Az.shafaqna.com-un verdiyi xəbərə görə, ölkəmizdə vergi sistemində süni intellektin tətbiq edilməsi istiqamətində müvafiq danışıqlar aparılır.

Məlumata əsasən, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin media namayəndələri üçün keçirilən təlimində qurumun Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev deyib.

Onun sözlərinə görə, vergi sistemində elektron xidmətlərin keyfiyyətini təmin etmək və təhlükəsizliyi artırmaq məqsədilə bu istiqamətdə danışıqlar aparlır.

“Süni intellektlə bağlı məsələ, eləcə də elektron auditin tətbiqi, antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın artırılması, daxili və ictimai nəzarətin gücləndirilməsi Dövlət Vergi Xidmətinin prespektivləri sırasındadır”, – deyə şöbə rəisi qeyd edib.

Bu məqaləni paylaş