Azərbaycan ordusu Ermənistan tərəfinin bir neçə zərbə PUA-sını zərərsizləşdirdi

Az.shafaqna.com-un verdiyi xəbərə görə, mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilmişdir.

Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.

 

 

Bu məqaləni paylaş