BMT: Sudanı təxminən 200 min nəfər tərk edib

Sudanda silahlı münaqişənin başlamasından bəri bu ölkəni təxminən 200 min insan tərk edib.

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, bu barədə BMT rəsmisi Olqa Sarrado bildirib.

Təxminən 200 min insan münaqişənin əvvəlindən bəri Sudanı tərk edib“, – deyə o qeyd edib və ölkəni yerlilər yanaşı, Cənubi Sudandan olan qaçqınlar da tərk edir.

O deyib ki, təkcə son bir neçə gündə Çada 30 min sudanlı qaçqın gəlib.

Xatırladaq ki, 5 mayda BMT rəsmisi Elizabet Ten bildirib ki, ölkələrə sudanlılar üçün sərhədlərin qapadılmaması çağırışı edilib. Onun sözlərinə görə, çağırış həm Sudan vətəndaşlarına, həm də bu ölkəni tərk edən xaricilərə, o cümlədən də qaçqınlar və vətəndaşlığı olmayan şəxslərə də aiddir.

Bu məqaləni paylaş