Hava qeyri-sabit keçəcək: Şimşək çaxacaq, dolu yağacaq

Hazırda ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

“Az.shafaqna.com”-un xəbərinə görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yaxın 2-3 gün ərzində ölkə ərazisində qeyri-sabit yağıntılı hava şəraiti davam edəcək.

Onun sözlərinə görə, bəzi yerlərdə yağıntıların güclənəcəyi, şimşək çaxaçağı, dolu düşəcəyi ehtimal olunur:

“Mülayim şərq küləyi əsəcək. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var”.

Bu məqaləni paylaş