Papuaşvili: Bu, Gürcüstan-Rusiya müharibəsi deməkdir…

Rusiyaya qarşı ikitərəfli sanksiyaların tətbiqinə dair çağırışlar, əslində, birbaşa hərbi toqquşmaya daxil olmağa dair çağırış deməkdir.

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.

Xatırladaq ki, ötən gün Avropa Komissiyasının vitse-prezidentinin mətbuat katibi Peter Stano Gürcüstanı Avropa İttifaqı (Aİ) və digər ölkələrin aviasiya sahəsində Rusiyaya qarşı olan sanksiyalarına qoşulmağa və sanksiyalardan yan keçməklə bağlı istənilən cəhd məsələsində diqqətli olmağa səsləyib.

Əsas olan iki prinsipdir – Gürcüstan (hakimiyyəti) bizim ərazimizin sanksiyalardan yan keçmək üçün istifadə edilməməsini təmin edir və Gürcüstan Rusiyaya qarşı ikitərəfli sanksiyalar tətbiq etmir, çünki bu, vəziyyətin gərginləşməsinə səbəb ola və eskalasiyanın da sonunda birbaşa hərbi münaqişə baş verə bilər ki, bu da Gürcüstan xalqının maraqlarına daxil deyil“, – deyə Papuaşvili qeyd edib.

Parlament sədrinin sözlərinə görə, rəsmi Tbilisi Aİ-nin Rusiyanın qarşı tətbiq etdiyi sanksiyalara riayət edilməsinə və Gürcüstanın sanksiyaların yan keçildiyi ərazi olmamasına nəzarət edir.

Gürcüstanın Rusiyaya qarşı ikitərəfli sanksiyalar tətbiq etməli olması barədə danışan hər kəs, əslində, deyir ki, Gürcüstan risk edərək Rusiya ilə birbaşa hərbi toqquşmaya daxil olmalıdır“, – deyə o, jurnalistlərə bildirib.

O, daha da aydın olması üçün deyib ki, viza rejiminin ləğvi və ölkələr arasında birbaşa uçuşların bərpası ilə Rusiya rəsmi Tbilisini cəzalandırmaq üçün istifadə etdiyi sanksiyaları ləğv edib.

Bununla bağlı necə panika yaratmaq, qalmaqar törətmək olar… Əksinə, Gürcüstana qarşı mövcud olan bütün sanksiyalar ləğv edilməlidir, çünki Gürcüstan və onun vətəndaşlarına qarşı tətbiq edilən bütün sanksiyalar ədalətsizdir və həmin sanksiyaların mümkün qədər tez ləğv edilməsi mühümdür“, – deyə o vurğulayıb.

HƏMÇİNİN OXU:

  1. Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi
  2. Putin Gürcüstanla bağlı bu QADAĞANI ləğv etdi
  3. Qaribaşvili Rusiyanın viza rejimini ləğv etməsinə münasibət bildirdi
  4. Gürcüstan anti-Rusiya sanksiyaları ilə öz xalqını cəzalandırmayacaq
Bu məqaləni paylaş