“Twitter” sosial şəbəkəsi üçün yeni Baş direktor tutulub.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə adıçəkilən sosial şəbəkənin sahibi İlon Mask məlumat verib.
“X/Twitter üçün yeni Baş direktoru tutduğu xəbər verməkdən şadam. O, təxminən 6 həftə ərzində öz səlahiyyətlərinin icrasına başlayacaq“, – deyə Mask qeyd edib.
Mask özünün şirkətin icraçı sədri və texniki direktoru postlarını tutacağını da deyib. Onun vəzifələrinə proqram təminatına nəzarət və sistem administrasiyası da daxil olacaq.
Mask yeni Baş direktorun qadın olacağını bildirsə də, onun adını açıqlamayıb.
Xatırladaq ki, 2022-ci il dekabr ayında Mask sosial şəbəkədəki karyerası ilə bağlı səsvermə keçirib. Səsvermədə 17,5 milyon istifadəçi iştirak edib. Onların 57,5 faizi Maskın bu vəzifədən getməsinin lehinə səs verib. Bundan sonra Mask bəyan etdi ki, yeni CEO namizədi ilə bağlı müəyyənləşən kimi öz vəzifəsini tərk edəcək.