Türkiyə Yunanıstanla hərbi təlim moratoriumunu genişləndirməyə hazırdır

Türkiyə Yunanıstanla olan və turizm mövsümlərinə aid olan hərbi təlimlərlə bağlı moratoriumun çərçivələrini genişləndirə bilər.

Az.shafaqna.com tür mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara qonşu ölkələrə, o cümlədən də Yunanıstana qarşı aqressiv kurs tutmur.

Türkiyə beynəlxalq hüquq normaları çərçivələrində və mehriban qonşuluq prinsiplərini nəzərə alaraq qonşularla olan fikir ayrılıqlarını aradan qaldırmağa hazırdır. Biz problemlərin həlli istiqamətində dialoq və sülh yolunun tərəfdarıyıq“, – deyə o qeyd edib.

Akar deyib ki, Ankara Egey dənizinin “sülh hövzəsinə” çevrilməsinin, həmçinin onun resurslarının ədalətli bölüşdürülməsinin tərəfdarıdır.

Biz turizm mövsümlərində qüvvədə olan moratoriumun çərçivələrini genişləndirməyə hazırıq. Afina Ankaranın bu mövzunu müzakirə etmək istəyi barədə məlumatlandırılıb. Yunanıstan tərəfinin cavabını gözləyirik. Türkiyənin hər hansısa gizli planları yoxdur“, – deyə o əlavə edib.

Bununla belə, o bildirib ki, Türkiyə Silahlı Qüvvələri Egey dənizində olduğu kimi, Aralıq dənizinin şərq hissəsində, o cümlədən də Kipr hissəsində ölkənin maraqlarını qorumağa davam edəcək.

Bu məqaləni paylaş