Azərbaycan Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin şərqində təlimlərə qatıldı

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları Aralıq dənizinin şərqində keçirilən “Kurtaran – 2023” sualtı axtarış və xilasetmə təlimində iştirak edib.

Azərbaycan Müdafiə Nazirliyindən Az.shafaqna.com-a verilən məlumata görə, təlimin planına əsasən batmış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda heyətin xilas edilməsi, dalğıclar vasitəsilə onlara qida və tibbi ləvazimatların ötürülməsi üzrə tapşırıqlar icra olunub.

Bu məqaləni paylaş