Ali məhkəmədən əmr: İmran Xan azad edildi – YENİLƏNDİ

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Ali məhkəmənin qərarı ilə Pakistanın keçmiş Baş nazirinin barəsindəki həbs qərarı ləğv edilib.

Xan məhkəmə sədrindən öz evinə geri dönməyi istəyib, lakin rədd cavabı alıb. Qərar əsasında, onun məhkəmənin yaxınlığındakı mehmanxanada gecələməyi tapşırılıb.

“Siz orada qala, danışa, istirahət edə bilərsiniz, sonra isə sabah İslamabad Ali məhkəməsi qarşısında durmalısınız”, – deyə məhkəmə sədri bildirib.

***20.38***

Pakistan rəhbərliyi keçmiş baş nazir İmran Xanı dərhal azad etməlidir.

Az.shafaqna.com “Geo TV”-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Ali məhkəməsi göstəriş verib.

İmran Xanın “al-Kadir” işi üzrə həbsi Ali məhkəmə tərəfindən “qeyri-qanuni” elan edilib və ölkə rəhbərliyi “onu dərhal azad etmək” əmri verilib.

Bundan başqa, Ali məhkəmə Xanı yenidən İslamabad Ali Məhkəməsinə müraciət etməyə çağırıb.

Xatırladaq ki, İmran Xan çərşənbə axşamı günü “al-Kadir” tutulub. İstintaq iddia edir ki, o, arvadı və partiya liderləri “Bahria Town” şirkətinin cinayətlərini gizlətmək məqsədilə külli miqdarda rüşvət alıb, bu isə dövlət budcəsinə böyük məbləğdə ziyan vurub. Çərşənbə güün İslamabaddakı məhkəmə Xanı 8 günlük həbs edib.

Bu məqaləni paylaş