Az.shafaqna.com-un verdiyi xəbərə görə, Sudanda ordu ilə xüsusi təyinatlılar arasında qarşıdurmalar dünən də davam edib.
Şahidlərin sözlərinə əsasən, paytaxt Xartumun Bahri bölgəsində Sudan ordusu qüvvələri ilə xüsusi təyinatlılar arasında şiddətli toqquşmalar baş verib.
Bahri bölgəsinin Şambat əl-Aradi, Şambat Şamal, Safiyə və Halfayə məhəllələrində güclü partlayışlar və ağır artilleriya səsləri eşidilib, orduya məxsus döyüş təyyarələrinin havada uçuşu müşahidə edilib.
Paytaxtın müxtəlif yerlərində 26-cı gündə qarşıdurmaların davam etdiyi bildirilsə də, Səudiyyə Ərəbistanının Ciddə şəhərində iki tərəf arasında aparılan danışıqlarda hələlik irəliləyiş əldə olunmayıb.
Sudandakı xüsusi təyinatlılar isə orduya aid 2 döyüş təyyarəsini vurduğunu iddia edib.
Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar baş verib.
Ümumdünya Səhiyyə Təşkilatı Sudanda ordu ilə xüsusi təyinatlılar arasında davam edən qarşıdurmalarda həyatını itirənlərin sayının 604-ə, yaralı sayının isə 5127-yə yüksəldiyini açıqlayıb.