Məhərrəm İncə 14 mayda keçiriləcək prezident seçkilərindən geri çəkildiyini açıqlayıb.
“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Məhərrəm İncə hazırda davam edən mətbuat konfransında deyib.
Qeyd edək ki, bu gün Məmləkət Partiyasının sədri Məhərrəm İncənin namizədliyini geri çəkmək qərarı verəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Bildirilirdi ki, Məhərrəm İncə saat 14:00-da (Bakı vaxtı ilə 15:00) mətbuat konfransı keçirəcək və “6-lı masa”nın namizədi Kamal Kılıçdaroğlunun lehinə namizədliyini geri götürəcək.
Bu məqaləni paylaş