Rusiyaya qarşı birbaşa ikitərəfli sanksiyaların tətbiqi Gürcüstanın özünün cəzalandırılması olacaq.
Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bəyan edib.
“Biz Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcəyik, biz öz ölkəmiz və xalqımızı cəzalandırmayacağıq, ona görə də biz heç bir bu cür qərarlar qəbul etməyəcəyik”, – deyə o qeyd edib.
Xatırladaq ki, ötən ildən bəri rəsmi Tbilisi Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulub, lakin özünün əlavə məhdudiyyətlər tətbiq etməyəcəyini bildirib. Rəsmi Moskvanın Gürcüstanla bağlı viza və uçuş qərarlarından sonra sanksiyalar mövzusu yenidən gündəmə gəlib.
Kobaxidze müxalifət tərəfindən səsləndirilən və bu qərarın Rusiyanın “rusiyameyilli hökumətə” “hədiyyə” olmasına dair ittihamlarını absurd adlandırıb.
“Biz Rusiyaya qarşı sanksiyaların tətbiqinin Gürcüstan iqtisadiyyatı ilə nələr edəcəyini hesabladıq. Məsələn, bizdə ötən il ikirəqəmli iqtisadi artım oldu, 10 fazdən də çox. Amma əgər biz öz sanksiyalarımızı tətbiq etsə idik, bizdə ikirəqəmli, ən azı 10-18 faizlik iqtisadi geriləmə olardı. Onlar ölkəni viran qoymaq istəyirdilər, lakin onlarda alınmadı, çünki biz qəti mövqe tutduq“, – deyə o əlavə edib.