Az.shafaqna.com “Daily Mail”-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri internetdə dərc edilən videonu aktiv şəkildə müzakirə edirlər.
Belə ki, dünyanın ən yaxşı futbolçularından biri Məhəmməd Salah müşahidə kameralarının obyektivinə düşüb.
“Liverpul”-un hücumçusu yanacaq doldurma məntəqəsində kimsəsiz kişini xuliqanlardan qoruyub.
Hadisə hələ 28 sentyabrda baş versə də, yenicə üzə çıxıb.
28 yaşlı idmançı 50 yaşlı Devid Kreyqi müdafiə edib. Bundan başqa, misirli idmançı evsiz kişiyə 100 funt sterlinq də verib.
“Məhəmməd Salah futbol meydanında olduğu kimi çox yaxşı idi. O, bir dəstə uşağın mənə dediklərini eşitdikdə, geri çönərək deyib ki, onlar da illər sonra mənim yerimdə ola bilərlər”, – deyə zərər görmüş kişi bildirib.
ETİKETLƏNDİ:Məhəmməd Salah
Bu məqaləni paylaş