Ərdoğan Türkiyədə yeni konstitusiyanın hazırlanacağını açıqlayıb

Az.shafaqna.com-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, Türkiyədə yeni konstitusiya hazırlana bilər.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, onun hökuməti bu məsələni yenidən gündəmə gətirmək niyyətindədir: “Biz hamımız məhkəmə sistemimizin terror təşkilatlarına qarşı apardığı mübarizənin şahidiyik. Türkiyə üçün milli iradə ilə hazırlanmış güclü bir konstitusiya hazırlamaq istəyirik. Bununla bağlı məhkəmə nümayəndələrimizdən töhfə gözləyirik”.

O bildirib ki, seçkilərdən sonra bu məsələ Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq: “Türkiyə Cümhuriyyətinin yaradılmasının yüzüncü ildönümündə ən önəmli hədəflərindən biri bu olacaq”.

Ərdoğanın sözlərinə görə, yeni konstitusiya xüsusilə məhkəmə qurumlarının fəaliyyəti ilə bağlı müddəları ehtiva edəcək.

Bu məqaləni paylaş