Biləcəridə 58 yaşlı kişi qətlə yetirildi

Az.shafaqna.com-un verdiyi xəbərə görə, mayın 10-da saat 20:30 radələrində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Abbasov Etibar Mehrac oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində tədbirlər görülür.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş