BMT: ”Nigeriyada 700 min uşaq aclıq təhlükəsi ilə üz-üzədir”

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Nigeriyanın şimal-şərqində 700 min uşaq aclıq təhlükəsi ilə üz-üzədir.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) sözçüsü Cens Larke Nigeriyanın şimal-şərqində yaşanan aclıq böhranını qiymətləndirib.
Larke BMT və tərəfdaşlarının uşaqların üzləşdiyi ərzaq böhranı və

ərzaq çatışmazlığının aradan qaldırılması üçün 396 milyon dollarlıq yardımla əlaqədar çağırışa start verdiyini bildirib.

Nigeriyanın şimal-şərqindəki Borno, Adamava və Yobe əyalətlərində iyun-avqust ayları arasında 4,3 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyini xatırladan Larke deyib: ”Təxminən 700 min uşaq aclıq təhlükəsi ilə üz-üzədir. Əlavə yardım çatdırılmasa humanitar təşkilatlar yalnız 300 min uşağa yardım edə biləcək”.
Larke bildirib ki, Nigeriyanın şimal-şərq əyalətlərində ərzaq çatışmazlığı yanvar-mart ayları arasında  keçən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş