Ağsuda yaşayış evi tamamilə yanıb.
“Az.shafaqna.com” xəbər verir ki, yangın hadisəsi rayonun Ərəbsərvan kənd sakini 1961-ci il təvəllüdlü Bağırov Namik Mirzalı oğluna məxsus yaşayış evində baş verib. Yangın yerinə Ağsu YMH-dən yangınsöndürən maşınlar və şəxsi heyyıt cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 130 kvadratmetr olan yaşayış evi içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının səbəbi araşdırılır.
Bu məqaləni paylaş