Az.shafaqna.com RİA-ya istinadən verdiyi xəbərə əsasən, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Xalqın sağlamlığına və səhiyyə sisteminə dair” kodeksi imzalayıb.

Qanuna əsasən, tütün məhsullarının satış yaşı 18-dən 21-ə artırılıb.

Xatırladaq ki, sənəd daha öncə parlament tərəfindən təsdiq edilib.