Qərb mətbuatı ABŞ-ın qarşıdan gələn Türkiyə seçkilərinə müdaxiləsi üzrə planının reallaşdırılması üçün manipulyasiyalar edir.
Az.shafaqna.com “İzvestiya”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu danışıb.
“ABŞ planı aktiv şəkildə gücləndirilir. Qəb mətbuatının müdaxiləsinin səbəbi ABŞ planının həyata keçirilməsindən ibarətdir“, – deyə o, qarşıdan gələn prezident və parlament seçkiləri barədə danışarkən bildirib.
Soylunun fikrincə, 1960-cı ildən sonra Qərb Türkiyəni siyasi sistemində kök salıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan isə xarici müdaxiləni dayandırıb.
O əlavə edib ki, bundan sonra da Qərb Türkiyənin daxili siyasi proseslərinə aktiv şəkildə müdaxilə etməyə başlayıb.
“Elə bir seçki yoxdur ki, ABŞ səfiri ona nəzərət etmək istəməsin“, – deyə türkiyəli nazir qeyd edib.