Lukaşenko: COVID-19-a görə ölkəni təcrid etmək niyyətində deyiləm

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, koronavirusun yayılması şəraitində əvvəlki kimi ölkəsini təcrid etmək niyyətində deyil.

Lukaşenkonun sözlərinə görə, əgər bu addımı atılsa idi, hazırda Qırğızıstandakı vəziyyət Belarusda da olacaq idi.

O, əlavə edib ki, Belarus təcrid edilsə idi, insanlar işsiz qalardı və insanların “ən cüzi maaşı belə olmazdı”, ölkə iqtisadiyyatı isə çökmüş olardı.

Xatırladaq ki, koronavirus pandemiyasının fonunda Belarusda karantin, komendant saatı tətbiq edilməyib, insanların hərəkəti ilə bağlı məhdudiyyətlər olmayıb. Ölkə öz sərhədlərini də qapatmayıb. Bununla belə insanlara ictimai yerlərdə sosial məsafə saxlamaq, şəxsi gigiyenaya diqqət etmək, maska taxmaq məsləhət görülüb.

Qeyd edək ki, Lukaşenko iyulun sonunda bildirmişdi ki, həkimlərin rəyinə əsasən, koronavirusa yoluxub və xəstəliyi simptomsuz və “ayaq üstündə” keçirib.

Bu məqaləni paylaş