Lavrov: ABŞ İŞİD-in də iştirakı ilə Suriyada ordu yaradır ki…

Rəsmi Moskvanın əlində olan məlumatlara əsasən, ABŞ İŞİD terrorçularının iştirakı ilə “Azad Suriya Ordusu”nun formalaşdırılmasına başlayıb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya, Türkiyə və İran XİN başçıları ilə keçirdiyi görüşdə bəyan edib.

Bizim məlumatlarımıza görə, amerikalılar Suriyanın Raqqa (şəhəri) ətrafında yerli ərəb qəbilələrinin nümayəndələrinin, İŞİD və digər terror təşkilatlarının döyüşçülərinin iştirakı ilə “Azad Suriya Ordusu”nun yaradılmasına başlayıb“, – deyə o qeyd edib.

Lavrov bu addımın hədəfləri barədə də danışıb:

Məqsəd aydındır – bu döyüşçüləri ölkədəki vəziyyətin sabitliyinin pozulması üçün Suriya Ərəb Respublikasının qanuni silahlı qüvvələrinə qarşı istifadə etməkdir“, – deyə o qeyd edib.

Rusiyalı nazirin sözlərinə görə, bu problemi bu yaxınlarda “bizim hərbi həmkarlarımız” müzakirə ediblər və onlar “bu istiqamətdə birgə addımları sxeminə dair” razılığa gəliblər.

Bu məqaləni paylaş