Rəsmi Dəməşq ilə ərəb ölkələri araasındakı münasibətlərin normallaşmasının fonunda rəsmi ər-Riyad Suriyadakı səfirliyinin işinin bərpası haqda qərar qəbul edib.
Az.shafaqna.com ərəb mediasına istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən məlumat verilib.
O cümlədən də Suriya XİN-dən də bildirilib ki, rəsmi Dəməşq də özünün Səudiyyə Ərəbistanındakı diplomatik missiyasının işini bərpa etmək qərarı qəbul edib.
HƏMÇİNİN OXU: Suriya ƏDL-ə geri döndü: Əsəd iclasa dəvət edildi
Bu məqaləni paylaş