Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
“Az.shafaqna.com” xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb ediliblər.
Qeyd olunub ki, hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan beş nəfər (üçü kişi, ikisi qadın) TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Onlara ilkin tibbi yardım göstərilib, zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Eyni zamanda, yanıq xəsarətləri ilə iki nəfər (biri kişi, biri qadın) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır olaraq qiymətləndirilir.