ÜST “Qlobal fövqəladə vəziyyət”i ləğv etdi, lakin Çin qarşı çıxdı

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus COVID-19 səbəbilə elan edilən “Qlobal fövqəladə vəziyyət”i ləğv etdi.

Çin COVID-19- u “B sinif epidemiyası” kimi təsnif etməyə davam edəcəyini açıqlayıb.

Çin Milli Səhiyyə Komissiyasının bəyanatında o qeyd edilib ki, ÜST-ün qərarı qlobal riskin aradan qalxması demək deyil.

Komissiya Çinin artıq COVID-19-u “B sinif epidemiyası” kimi təsnif etdiyini və bu çərçivədə tədbirlərin davam etdiriləcəyini açıqlayıb.

Açıqlamada virusun hələ də mutasiyaya uğradığı və yerli səviyyədə yayıldığı qeyd edilib.

Yaponiya isə COVID-19-u “Mövsümi qrip kateqoriyası”na salıb və ölkədə koronavirus üçün karantin prosedurları ləğv edilib.

Bu məqaləni paylaş