Bakıda birmərtəbəli ev yandı

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, rayonda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu məqaləni paylaş