Bakıda azyaşlı şagird 9 gündür YOXA ÇIXIB

Bakıda azyaşlı itkin düşüb.

“Az.shafaqna.com” xəbər verir ki, Xətai rayonu, Rezervuar küçəsində yaşayan 13 yaşlı E. Kərimli mayın 1-i səhər saatlarında evdən gedərək, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası F. Kərimli polisə müraciətində bildirib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.

Bu məqaləni paylaş