İsrail qüvvələri 19 fələstinlini həbs etdi

Az.shafaqna.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə biri 12 yaşlı uşaq olmaqla 19 fələstinlini həsb edib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına əsasən, İsrail qüvvələri İordan çayının qərb sahili və Şərqi Qüdsün bir çox bölgəsində fələstinliləri saxlamağa davam edir.

İsrail qüvvələri Şərqi Qüdsün İsaviyə qəsəbəsində 12 yaşlı Məhəmməd Yasir Dərviş, Qərb Sahilində isə 9-u Beytləhm, 4-ü Ramallah, 3-ü Cenin, Nablus və Kalkiyada hər birində bir olmaqla 18 fələstinlini tutub.

Bu məqaləni paylaş