Hindistanda qırıcı yaşayış binasına çırpıldı

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21” qırıcısının planlı təlim-məşq uçuşu zamanı yaşayış məskəninə düşməsi nəticəsində 2 dinc sakin ölüb, biri yaralanıb.

Pilotun isə yüngül yaralandığı bildirilib.

Hadisə Hindistanın şimal-qərbində Suratqarx şəhəri yaxınlığında yerləşən kəndlərin birində qeydə alınıb.

Məlumata görə, həmin zaman pilot katapultasiya edib, lakin yüngül yaralanıb.

Yerli hakimiyyət orqanları hadisənin səbəb və şəraitini araşdırır.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş