Türkiyədə Azərbaycandan göndərilən konteynerlərdən məhəllə quruldu

Türkiyənin fevralın əvvəlində dəhşətli zəlzələ baş verən Kahramanmaraş şəhərinin Türkoğlu rayonunda Azərbaycandan göndərilən konteynerlərdən məhəllə qurulub.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabından paylaşım edib.

Türkiyəli diplomat Heydər Əliyev Fonduna və əməyi keçən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər ölüb.

Bu məqaləni paylaş