Ukraynanın bir hissəsi “qədimi macar ərazisidir”.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bəyan edib.
O deyib ki, hazırda həmin ərazi Ukraynaya məxsus olsa da, orada macarlar yaşayırlar və Ukrayna xalqının çəkdiyi əziyyətlər onlara da təsir edir. Buna görə də, macarlar Avropadakı istənilən xalqdan daha çox Ukraynada sülhün əldə olunmasına can atır.
“Bizi buna nə cür məcbur etmək istəsələr də, biz bu münaqişədə iştirak etməyəcəyik, o, bizə aid deyil və bizmümkün qədər tez atəşkəsin olması və sülh danışıqlarının başlaması üçün hər bir şeyi edəcəyik, çünki başqa cür onminlərlə və ya yüzminlərlə insan həyatını xilas etmək mümkün deyil“, – deyə o əlavə edib.
Orban macarların orada “köklü icma” olduğunu qeyd edib.
Hazırda Ukraynanın tərkibinə daxil olan Zakarpatiya 1920-ci ilədək Macarıstanın bir hissəsi olub. 2001-ci il siyahıyaalmasına əsasən, Zakarpatiya vilayətində təxminən 150 min macar yaşayırdı. 2018-ci il araşdırmasına görə isə, sözügedən regiondakı macarların sayı 21 min nəfər azalaraq təxminən 131 min nəfər təşkil edir.