Ukrayna rəsmisi: Rusiyalıları öldürmüşük və öldürəcəyik də

Ukrayna dünyanın hər bir yerində rusiyalıları öldürəcək.

Az.shafaqna.com “Yahoo News”-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin (MN) Baş Kəşfiyyat İdarəsinin (BKİ) başçsıı Kirill Budanov bəyan edib.

Ukrayna xüsusi xidmət orqanlarının rusiyalı jurnalist Darya Duqinanın qətlində əlinin olması ilə bağlı ittihamları şərh edən Budanov deyib:

Bu mövzunu davam etdirməyin. Şərhim ancaq belə olacaq: biz Ukraynanın tam qələbəsinədək dünyanın istənilən nöqtəsində rusiyalıları öldürmüşük və öldürməyə də davam edəcəyik“.

Xatırladaq ki, içərisində Duqinanın olduğu avtomobil 2022-ci il avqust ayında Moskva vilayətində partladılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını bildirib.

Bu məqaləni paylaş