Alex Brandon/AP Photo

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Əfqanıstanda qalan ABŞ hərbçiləri Milad bayramınadək ölkələrinə geri qayıtmalıdırlar.

Xatırladaq ki, daha öncə isə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayen bildirmişdi ki, Tramp 2021-ci ilin əvvəli üçün Əfqanıstandakı ABŞ hərbi kontingentinin sayını 2,5 min nəfərədək azaltmaq niyyətindədir.

Tramp hakimiyyətə gələndə Əfqanıstanda 10 min ABŞ əsgəri qalırdı. Bu gün orada 5 mindən az hərbçi var və bu rəqəm gələn ilin əvvəlinədək 2,5 minədək azalmalıdır”, – deyə O`Brayen qeyd edib.